Bakı. Trend:
28 mart xüsusi xidmət orqanlarının - Dövlət TəhlükəsizliyiXidmətinin (DTX) və Xarici Kəşfiyyat Xidməti əməkdaşlarınının peşəbayramı günüdür. Bu münasibətlə Müharibə, Əmək və SilahlıQüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovaçıqlama verib.
Trend xəbər verir ki,polkovnik açıqlamasında qeyd edib ki, DTX-nın Vətən müharibəsi vəpost-müharibə dönəmindəki fəaliyyəti Azərbaycanın təhlükəsizliyibaxımından ikiqat əhəmiyyətə malik olub:
“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyialtında aparılan Vətən müharibəsində DTX həm ön, həm də arxacəbhədə xüsusi aktivlik sərgiləməklə 8 Noyabr zəfərinin əldəedilməsinə böyük töhfə verib, erməni faşizminin təxribatcəhdlərinin qarşısını müvəffəqiyyətlə alıb. Təsadüfi deyil ki,xüsusi xidmət orqanlarımızın sayıqlığı nəticəsində müharibədönəmində ölkə daxilində vətəndaşlarımızın təhlükəsizliyi təminolunub, hər hansı terror aktının reallaşmasına imkanverilməyib.
DTX post-müharibə dönəmində də dövlətimizin təhlükəsizliyiistiqamətində aktiv fəaliyyətini uğurla davam etdirib. Xüsusilə də2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokalanti-terror tədbirləri zamanı separatçıların son müqavimətnöqtələrinin susdurulmasında, doğma Qarabağımızın separatçılardantəmizlənməsində DTX yaxından iştirak edib, bu prosesə böyüktöhfələr verib. Anti-terror tədbirləri və ondan sonrakı dönəmlərdəQarabağda gizlənən separatçıların aşkar edilərəkneytrallaşdırılması, onların Bakıya gətirilərk məhkəmə qarşısınaçıxarılmasında xüsusi xidmət orqanlarımız böyük əmək və peşəkarlıqsərgiləyib.
DTX erməni separatçılarını zərərsizləşdirməklə Ermənistan vəonun havadarlarına göstərdi ki, Azərbaycan dövlətinə, Azərbaycanxalqına qarşı cinayət törədən, təhlükəsizliyimizə vəsuverenliyimizə qəsd etmək istəyən heç kim cəzasız qalmayacaq vəonlar gec-tez qanun qarşısında cavab verməli olacaq.
Mən 28 mart – peşə bayramı münasibətilə xüsusi xidmətorqanlarımızı - DTX və Xarici Kəşfiyyat Xidməti əməkdaşlarınıtəbrik edir, onlara bu ağır və şərəfli fəaliyyətlərində uğurlararzulayıram.
Əminəm ki, bugünə qədər olduğu kimi, bundan sonra da xüsusixidmət orqanlarımız dövlətimizin təhlükəsizliyini yüksək səviyyədətəmin edəcək, Prezidentimizin və xalqımızın etimadını eyniqətiyyətlə doğruldacaq, xalqımızı, təhlükəsizliyimizi hədəf alanbütün bədxah qüvvələrə erməni separatçılarının aqibətiniyaşadacaq”.