AZ

Simonyan: "Ermənistan kommunikasiyaların blokdan çıxarılması üzrə üçtərəfli formata qayıtmayacaq"

"Ermənistan Azərbaycan və Rusiya ilə kommunikasiyaların blokdan çıxarılması üzrə üçtərəfli formata qayıtmaq fikrində deyil"...

Oxu.Az TASS-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan brifinqdə deyib.

A.Simonyan Rusiyanın vasitəçiliyi ilə kommunikasiyaların blokdan çıxarılması üzrə üçtərəfli əməkdaşlıq müstəvisinə qayıtmağın mümkün olub-olmaması barədə sualı cavablandırarkən deyib:

"Xeyr, belə bir məsələ müzakirə olunmur. Bunu haradan götürdüyünüzü bilmirəm. Rusiyanın kölgəsini hər şeydə görməyi dayandırın. Həm müsbət, həm də mənfi baxımdan. Bu mövzunu bağlayın".

Poliqon.info

Seçilən
37
1
poliqon.info

2Mənbələr