AZ

Şahrudin millinin heyətindən çıxarıldı

Şahrudin Məhəmmədəliyev Azərbaycan millisinin heyətindən çıxarılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, buna qapıçının zədələnməsi səbəb olub.

Onun əvəzinə “Səbail”in üzvü Əlirza Müştəbazadə milliyə dəvət alıb.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi komanda bu gün Belarus yığması ilə yoldaşlıq görüşü keçirəcək. “Bank Respublika Arena”da təşkil olunacaq oyun saat 21:45-də başlayacaq.

Seçilən
162
38
operativmm.az

10Mənbələr