Bakı, TurkicWorld
Türkiyə 2025-cü ilin fevral ayında İrana xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 60,2 faiz artaraq, 3 milyon 420 min 88 dollara çatdırıb.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – fevral aylarında Türkiyədən İrana xalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 39,2 faiz artaraq, 5 milyon 581 min 16 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına xalça ixracı 2024-cü ilin eyni ayı ilə müqayisədə 8,4 faiz azalaraq, 457 min 97 dollara bərabər olub.
Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin fevral ayında Türkiyə 227 min 819 dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 12,5 faiz azdır,” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2024 – fevral 2025) Türkiyə 2 milyon dollar məbləğində xalça ixrac edib.