AZ

"Bu, son dönəmimdir" - Mansur Yavaş

Türkiyənin Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş diqqətçəkən açıqlama verib.

"Cebheinfo.az" xəbər verir ki, siyasətçi yenidən Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri vəzifəsinə namizəd olmayacağını bildirib.

O, ikinci dönəminin sonunda vəzifəsindən gedəcəyini açıqlayıb. Yavaş əsas hədəfinin qalıcı iz buraxan xidmətlər olduğunu deyib. Polatlıda danışan Mansur Yavaş qərarını bu sözlərlə bəyan edib:

"Bu, mənim son dönəmimdir. Vəzifə müddətim bitəndə vidalaşmaq və halallaşmaq üçün yenidən bura gələcəyəm. Hədəfim qalıcı izlər buraxmaqdır".

Qeyd edək ki, Mansur Yavaşın bu sözləri siyasi kulislərdə və sosial mediada gündəm olub. 

Seçilən
180
cebheinfo.az

1Mənbələr