İspaniyanın qadınlar liqasında qadın futbolçular kişi hakimlərin təyin olunmasını istəyib.
Publika.az xəbər verir ki, üç il əvvəl İspaniya Qadınlar Super Liqası F Liqasına çevriləndə reqlamentdə turnirdə matçları yalnız qadın hakimlərin idarə edə bilməsi nəzərdə tutulub.
Yaxın günlərdə İspaniya Kral Futbol Federasiyası (RFEF) ilə Liqa F arasında kişi hakimlərin oyunlara gətirilməsi imkanlarını müzakirə etmək üçün görüş keçiriləcək.
Qeyd olunur ki, bir çox futbolçu, məşqçi və klublar yarışlarda hakimlərin işinin keyfiyyətini tənqid ediblər. Onlar özləri RFEF ilə dialoqa başlayıblar.