"Azərbaycan və Belarus yığmaları arasında yoldaşlıq görüşünün olacağını eşidəndə sevindim. Çünki hər iki komandada tanışlarım var. Bu oyunu izləmək maraqlı olacaq".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Neftçi" klubunun belaruslu futbolçusu Yeqor Boqomolski deyib.

Yaxın keçmişdə Belarus milli komandasının da şərəfini qorumuş hücumçu AFFA-nın mətbuat xidmətinə danışıb. 

O, qarşıdakı yoldaşlıq matçı ərəfəsində tərəflərin gücünü bərabər qiymətləndirib: "Sizin texniki cəhətdən yaxşı oyunçularınız var. Bir hücumçu kimi deyə bilərəm ki, Azərbaycan yığmasının heyətində Elvin Cəfərquliyev və  Bəhlul Mustafazadə kimi müdafiəçilər diqqət çəkir. Doğrudur, Elvn bizim yığmaya qarşı oynaya bilməyəcək. Komandalarımızın gücü təxminən bərabədir. Ona görə də bu oyun hər iki kollektivin seçmə mərhələyə hazırlığına xeyir verəcək".

Azərbaycan - Belarus qarşılaşması bu gün saat 21:45-də Masazırda yerləşən "Bank Respublika Arena"da keçiriləcək.