“Real” 2024-25 mövsümünün ilk 6 ayında 600 milyon avrodan çox gəlir əldə edib.
Msport.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin maliyyə hesabatında bildirilib.
2024-cü ilin iyul-dekabr aylarında klubun ümumi gəliri 589,8 milyon avro təşkil edib. Bu göstərici ötən mövsümün eyni dövrü ilə müqayisədə 27,9% çoxdur.
Mövsümün əvvəlindən “Santyaqo Bernabeu”nun əlavə vaxtlarda istismarından əldə edilən gəlir 43,9 milyon təşkil edib. Bu, 2023-24 mövsümü üçün eyni səbəbdən əldə edilən gəlirin 95%-ni təşkil edib. Ötən mövsümün eyni dövründə ev oyunlarından əldə olunan 94,5 milyon avro gəlirlə müqayisədə 2024-25 mövsümündə matç günlərində gəlir 149,6 milyon avro olub.
“Real”ın marketinq gəliri mövsümün əvvəlindən bəri 38,6% artaraq 250,4 milyon avroya çatıb. Həmçinin klubun pərakəndə satış, sponsorluq və lisenziyalaşdırmadan əldə etdiyi qazanc də artıb.
Klubun bu mövsümü rekord gəlirlə başa vuracağı gözlənilir.
Qeyd edək ki, 2023-24 mövsümünün sonunda “Real” dünyada 1 milyarddan çox gəlir qazanan ilk klub olub.