AZ

Poqba da Messinin yanına GEDİR?

Azad agent olan fransalı yarımmüdafiəçi Pol Poqba futbola qayıtmağa hazırlaşır.

Bizim.Media "Fichajes"ə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu "İnter Mayami"yə keçməyə qərar verib.

Məlumata görə, tərəflər arasında danışıqlar yekunlaşmaq üzrədir. Poqbanın qərarına Lionel Messinin "İnter"də olması da təsir edib.

Qeyd edək ki, onun son klubu "Yuventus" olub və müqaviləsi ötən ilin oktyabrında ləğv edilib. Futbolçu daha əvvəl "Mançester Yunayted"də də çıxış edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
19
4
bizim.media

5Mənbələr