“Atam həmişə deyib ki, bu sənətdənsə, hər zaman hər şeyə fikir verməlisən. El şənliklərində oluruq. Təbii ki, geyimlərimizi bilirik. Amma bəzən yanlışlarımız olur. Sevdiklərimiz bizdən inciyirlər. Bilmədən olur…”
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu «Elcanlı» verilişində deyib.
“Hansısa el şənliyində tanış kişiyə salam verirsən, istər-istəməz görüşürük, digər jurnalist dostlarımızdan biri kənardan selfi çəkir, bir az mənə yaxın dayanır. Biz buna pis baxmırıq, amma nədənsə sevdiklərimizi bunu bizə irad tuturlar. Xanımıq və belə söz-söhbətlər çox olur. Çalışıram ehtiyatlı olum, kənar durum. Öz ətrafımda ən çox səliqəli geyinən ifaçı mənəm”, — o bildirib.