Türkiyənin xarici işlər naziri Hakan Fidan strateji danışıqlar üçün ABŞ-a gedir.
Publika.az xəbər verir ki, bu barədə “Hurriyet Daily News” məlumat yayıb.
Fidanın Vaşinqtona səfəri çərçivəsində dövlət katibi Marko Rubio ilə strateji danışıqlar aparacağı bildirilir.
Adı açıqlanmayan türk diplomatik mənbələri Fidanın martın 25-26-da Vaşinqtonda olacağını bildirib.
“Danışıqlarda Türkiyə-ABŞ ikitərəfli münasibətlərində atıla biləcək strateji addımlar və dövlət başçısı səviyyəsində gələcək səfərlərə hazırlıq məsələlərinin müzakirə olunacağı gözlənilir”, - məlumatda deyilir.