AZ

Husilər Təl-Əvivə raket zərbəsi endiriblər

Husilər

Yəmənin Husi üsyançıları, Təl-Əvivin Ben Qurion hava limanına hücum təşkil etdiklərini açıqlayıb. Üsyançılar, iki ballistik raket — Zülfikar və Fələstin-2 ilə hava limanını hədəf aldıqlarını bildiriblər. “Ulusum”.az xəbər verir ki, hücumla bağlı yayılan bəyanatda, Yəmənli husilərin raket qüvvələrinin İsrailin işğal altındakı Yaffa şəhərində yerləşən bu strateji hava limanına zərbə endirdikləri vurğulanıb.Husilər, həmçinin Qırmızı Dənizdə ABŞ-ın təyyarədaşıyan gəmisi USS Truman və bir neçə digər döyüş gəmisinə qarşı raket və pilotsuz uçan aparatlarla hücum etdiklərini açıqlayıb. Onlar, USS Truman və digər Amerikanın döyüş gəmiləri ilə bir neçə saat davam edən qarşıdurmalar yaşandıqlarını bildiriblər.Bu zərbələrdən sonra husilər, Qəzzaya qarşı təcavüz və mühasirə sona yetənə qədər İsrail gəmiçiliyinə mane olmağa davam edəcəklərini bəyan ediblər. Bu, həmçinin Yəmənli üsyançıların bölgədəki gərginlik və münaqişələrə verdikləri reaksiyanın bir hissəsi olaraq qiymətləndirilir.

Diqqət Çəkənlər

Slovakiya hökuməti dabaq xəstəliyi ilə bağlı fövqəladə vəziyyət elan edib

Tramp Ukrayna ilə nadir torpaq metalları üzrə razılaşma əldə edib

Nura Surinin ailəsində ağır itki

Seçilən
197
24
ulusum.az

10Mənbələr