AZ

Simonyan: Ermənistan və KTMT münasibətlərində heç nə dəyişməyəcək

Ermənistan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) münasibətlərində dəyişikliklər gözlənilmir.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

“KTMT məsələsində nəyinsə dəyişəcəyini düşünmürəm. Münasibətlərdə nəyi yenidən nəzərdən keçirmək lazımdır? KTMT, ilk növbədə, özü mövcud olub-olmadığını anlamalıdır”, – o, jurnalistlərə deyib.

A.Simonyan həmçinin qeyd edib ki, Ermənistan və Rusiya münasibətlərində heç nə dəyişməyib: “Bizim istiqaməti dəyişdiyimiz barədə qiymətləndirmələr həqiqətə uyğun deyil”.

Seçilən
37
7
nocomment.az

8Mənbələr