Oxu.Az-ın xəbərinə görə, bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
O bildirib ki, məhkəmənin hökmü ilə, cinayətə görə pedofil altı il azadlıqdan məhrum edilib, lakin o, şərti cəza çəkməklə sınaq müddətinə azadlığa buraxılıb:
"Bu gün həmin şəxs 13 yaşlı qızla bir evdə yaşayır və qız 18 yaşa çatdıqdan sonra onunla evlənməyi gözləyir. Bu vəziyyətin ortaya çıxardığı sual isə qanunun və cəzanın nə dərəcədə tətbiq olunduğudur. Qızın ailəsi ondan imtina edib. Ailə niyə uşağının hüquqlarını müdafiə etmir? Həmin ailə mütləq şəkildə icra hakimiyyətinə müraciət etməli və uşağın reabilitasiyasını təmin etməlidir".
K.Ağazadə qeyd edib ki, pedofilin qayınanası qızın öz evlərində qalacağını deyir:
"Bu şəraitdə qızın müdafiəsi necə təmin olunur, hüquqları necə qorunur?".
Birliyin rəhbəri onu da əlavə edib ki, qızın təhsil aldığı məktəbin direktoru uşağın hamiləlik vəziyyətinə nəzarət etmədiyinə görə işdən çıxarılıb. Amma bu, dərsə gəlməmə məsələsinin təhsil məsələsi olduğunu göstərir: