Fövqəladə Hallar Nazirliyinin təqaüddə olan zabiti qəfil vəfat edib.
Bizim.Media xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin keçmiş əməkdaşı, daxili xidmət polkovnik-leytenantı Ədalət Ələkbərov səhhətində yaranmış problem səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, Ə.Ələkbərov 2018-ci ildə Prezidentin Sərəncamı ilə "Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə" medalı ilə təltif olunub. (Qafqazinfo)
Bizim.Media