AZ

Moskva və Vaşinqton RAZILIĞA GƏLDİLƏR

Moskva və Vaşinqton Rusiya Federasiyası və Ukrayna ərazilərindəki enerji obyektlərində atəşkəs rejiminin tətbiqi üçün tədbirlər hazırlamaq barədə razılığa gəliblər.

Publika.az xəbər verir ki, bu barədə Rusiya və Amerika ekspert qruplarının Ər-Riyadda keçirilən görüşünün yekunu üzrə Ağ Evin yazılı bəyanatında bildirilib.

“Birləşmiş Ştatlar və Rusiya prezidentləri Vladimir Putin və Donald Tramp arasında Rusiya və Ukraynadakı enerji obyektlərinə zərbələrin endirilməsinə qadağa qoyulması haqqında sazişlərin həyata keçirilməsi üçün tədbirlər hazırlamaq barədə razılığa gəliblər ”, - nəşr yazır.

Bəyanatda həmçinin qeyd olunub ki, ABŞ Rusiya kənd təsərrüfatı və gübrə ixracının qlobal bazarlara bərpasına dəstək verəcək .

Seçilən
124
4
publika.az

10Mənbələr