Türkiyədə toplanışda olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-21) bu gün növbəti yoxlama oyununu keçirib.
Arena.az xəbər verir ki, millimiz Türkiyənin Antalya şəhərində Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.
Tərəflərin bütün cəhdlərinə baxmayaraq, oyunda qapılara qol vurulmayıb.
Qeyd edək ki, bu, U-21 millimizin Antalyada gerçəkləşən təlim-məşq toplanışında ikinci yoxlama görüşü idi. Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv martın 22-də keçirilmiş ilk yoxlama görüşündə Moldova yığmasına 2:0 hesabıyla qalib gəlmişdi.
Yoxlama oyunu
25 mart
Azərbaycan – Şimali Makedoniya 0:0