AZ

Azərbaycan - Belarus oyununda 2-ci qol - Yenilənir

style='margin-bottom:10px;'>

Bu gün milli komandamız növbəti yoxlama oyununu keçirir. 

QOL.az xəbər verir ki, Fernandu Santuşun çalışdırdığı kollektiv Bakıda Belarusla üz-üzə gəlir. 

Bu, Azərbaycan millisinin 2025-ci ildə ikinci yoxlama görüşüdür. Martın 22-də Sumqayıtda Haiti ilə üz-üzə gələn yığmamız rəqibinə 0:3 hesabı ilə uduzub. 

Belarus isə sonuncu yoldaşlıq görüşünü martın 21-də səfərdə Tacikistana qarşı keçirib və 5:0 hesablı qələbə qazanıb. 

Milli komandamız bu gün ilk dəfə “Bank Respublika Arena”da meydana çıxacaq. 

Yoxlama oyunu

25 mart

21:45. Azərbaycan - Belarus - 0:2 (İkinci hissə)

Qollar: Pavel Zabelin, 59 (0:1), Nikita Demçenko, 78 (0:2)

Hakimlər: Aleko Aptsiauri, Davit Axvlediani, Davit Qabisonia (Gürcüstan)

Dördüncü hakim: Tural Qurbanov (Azərbayan)

“Bank Respublika Arena”.

Seçilən
51
18
teleqraf.com

10Mənbələr