AZ

Argentina DÇ-2026-da

DÇ-2026-nın daha bir iştirakçısı bəlli olub.

İdman.biz xəbər verir ki, Argentina yığması mundiala vəsiqə qazanan 4-cü komanda olub.

Lionel Skaloninin yetirmələri Cənubi Amerika zonası üzrə seçmə mərhələnin XIV turunda bu hüququ qazanıb. Bolviya və Uruqvayın qolsuz heç-heçəsi sayəsində Argentina DÇ-2026-ya bileti təmin edib.

Bunadək Yaponiya, Yeni Zelandiya və İran da mundiala vəsiqə qazanıb.

Qeyd edək ki, yarışın ev sahibləri ABŞ, Meksika və Kanada mundiala birbaşa vəsiqə ilə qatılacaq.

İdman.biz

Seçilən
149
5
idman.biz

6Mənbələr