Abşeronda yaşayış evində qadın meyiti tapılıb. 1news.az APA-ya istinadən xəbər verir ki, hadisə Saray qəsəbəsi “Üzümlük” yaşayış massivində yerləşən fərdi evlərin birində qeydə alınıb. 1961-ci il təvəllüdlü Validə Əbülfəz qızı Məstiyevanın meyiti yaşadığı evdə öz yaxınları tərəfindən aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.