DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsində XIV turun oyunları keçirilib.
İdman.biz xəbər verir ki, Boliviya və Uruqvay arasında görüş 0:0 hesabı ilə bitdikdən sonra Argentina mundiala vəsiqəni təmin edib.
Sona 4 tur qalmış bu hüququ qazanan son dünya çempionu günün mərkəzi qarşılaşmasında Braziliyanı sınağa çəkib. Argentinalılar rəqibini darmadağın edib – 4:1.
Turun 5 matçından üçü heç-heçə nəticələnib.
DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsi
XIV tur
25 mart
Boliviya – Uruqvay – 0:0
Argentina – Braziliya – 4:1
Xulian Alvares, 4, Entso Fernandes, 12, Aleks Makalister, 37, Juliano Simeone, 71 - Mateus Kunya, 26
Çili – Ekvador – 0:0
Kolumbiya – Paraqvay – 2:2
Luis Dias, 1, Con Duran, 13 – Junior Alonso, 45+4, Julio Enkiso, 62
Venesuela – Peru – 1:0
Salomon Rondon, 41
1 | Argentina | 14 | 10 | 1 | 3 | 26-8 | 31 |
2 | Ekvador | 14 | 7 | 5 | 2 | 13-5 | 23 |
3 | Uruqvay | 14 | 5 | 6 | 3 | 17-10 | 21 |
4 | Braziliya | 14 | 6 | 3 | 5 | 20-16 | 21 |
5 | Paraqvay | 14 | 5 | 6 | 3 | 11-9 | 21 |
6 | Kolumbiya | 14 | 5 | 5 | 4 | 18-14 | 20 |
7 | Venesuela | 14 | 3 | 6 | 5 | 13-17 | 15 |
8 | Boliviya | 14 | 4 | 2 | 8 | 14-30 | 14 |
9 | Peru | 14 | 2 | 4 | 8 | 6-17 | 10 |
10 | Çili | 14 | 2 | 4 | 8 | 9-21 | 10 |
Qeyd edək ki, Ekvadorun hesabından 3 xal silinib.
İdman.biz