AZ

Qəzzanın bombardmanı nəticəsində 11 nəfər həlak olub

Martın 25-də İsrailin Qəzza bölgəsinə endirdiyi zərbələr nəticəsində 5-i uşaq olmaqla, azı 11 nəfər həlak olub.

Day.Az xəbər verir ki, bu barədə Qətərin "Al-Jazeera" telekanalı məlumat yayıb.

Məlumata görə, İsrail ordusu pilotsuz uçan aparatlar və artilleriyadan istifadə etməklə Cəbəliyə, Beyt-Lahiyə, Xan-Yunus, Rəfah şəhərlərini və Əl-Bureyc qaçqın düşərgəsini bombalayıb.

Xatırladaq ki, Qəzzada atəşkəs rejimi haqda sazişin ikinci mərhələsi üzrə danışıqların iflasa uğramasından sonra İsrail ordusu martın 18-də Fələstin anklavında HƏMAS-a qarşı hərbi əməliyyatları bərpa edib.

Seçilən
29
1
day.az

2Mənbələr