AZ

Mahmud Abbas Rusiyaya gedir

Fələstin Prezidenti Mahmud Abbas Qələbə Günü münasibətilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün mayın 9-da Moskvaya gedəcək.

KONKRET.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Fələstinin Rusiyadakı səfiri Abdulhafiz Nofəl məlumat verib.

“Prezident Abbas mayın 9-da gələcək. Biz Kremlə rəsmi məktub göndərdik ki, Prezident Abbas tədbirlərdə iştirak edəcək”, – Nofəl bildirib.

Seçilən
78
3
konkret.az

10Mənbələr