Rusiyanın Birinci kanalının hərbi müxbiri Anna Prokofyeva Belqorod vilayətində öldürülüb.BUTA.TV xəbər verir ki, bu barədə rusiyalı bloger Vladimir Romanov özünün Teleqram kanalında məlumat yayıb. Onun sözlərinə görə, jurnalist martın 26-da redaksiya tapşırığını yerinə yetirərkən ölüb. Bloger Prokofyevanın Krasnoyarujsk rayonunun Demidovka kəndində fəaliyyət göstərdiyini deyib. Onun hansı şəraitdə öldürüldüyü barədə məlumat verilməyib.