AZ

Ayxan Abbasov U-21 haqda: “Gələcəyə ümidliyik”

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının (U-21) baş məşqçisi Ayxan Abbasov AFFA-nın rəsmi saytına açıqlama verib.

Arena.az xəbər verir ki, Azərbaycanın U-21 yığması Türkiyənin Antalya şəhərində baş tutan təlim-məşq toplanışı çərçivəsində ötən gün Şimali Makedoniya milli komandası ilə yoxlama görüşü keçirib.

Ayxan Abbasov 0:0 hesabı ilə başa çatmış oyundan sonra AFFA-nın mətbuat xidmətinə açıqlamasında bunları bildirib:

“Təlim-məşq toplanışı çərçivəsində keçirdiyimiz yoxlama görüşlərində məğlub olmamağımız sevindirici haldır. Qısa müddətdə əksər futbolçulara şans verməyə çalışdıq. Düzdür, bəziləri oynaya bilmədilər. Növbəti toplanışda hamıya bu imkanı vermək istəyirəm. 2006-2007-ci il təvəllüdlü uşaqların U-21-də yer almaları gələcək üçün ümidverici məqamdır. Fikrimcə, hazırlığımız səmərəli keçdi. Futbolçularımızın yaya qədər klublarında mütəmadi oynamaları çox vacibdir. Yay toplanışında daha iki yoxlama matçı keçirməyi nəzərdə tuturuq. Ondan sonra rəsmi qarşılaşmalar barədə düşünəcəyik.

Gənclərimizin həm Moldova, həm də Şimali Makedoniya ilə matçda xarakter nümayiş etdirmələri məni sevindirdi. Gələcəyə ümidliyik”.

Xatırladaq ki, U-21 millimiz toplanış çərçivəsində Moldova yığmasına qalib gəlib (2:0), Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə bərabərə qalib (0:0).

Seçilən
48
8
arena.az

10Mənbələr