Demokrat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, CHP-nin namizədi Nuri Aslan və AKP-dən rəqibi Zeynel Abidin Okul bu vəzifə uğrunda mübarizə aparır.
Məclis üzvləri səsvermə prosesinə keçib.
İBB Məclisindəki bölgüyə əsasən, CHP-nin 176, AKP-nin 120, MHP-nin 6, Böyük Birlik Partiyasının 2 üzvü var, həmçinin bir müstəqil üzv yer alır. Bu mənzərəyə görə, məclisdə say üstünlüyü CHP-nin xeyrinə görünür.
Bələdiyyə Qanununun 45-ci maddəsinə əsasən, seçki Bələdiyyə Məclisi üzvləri arasında gizli səsvermə yolu ilə aparılacaq. İlk iki turda 2/3 səs çoxluğu tələb olunur. Əgər bu təmin edilməzsə, üçüncü turda sadə səs çoxluğu kifayət edəcək.