Bakı.Trend:
Biz 24 ölkənin silahlı qoşunlarını birləşdirəcək Avropa ordusuyaratmalıyıq.
Trend xariciKİV-lərə istinadən xəbər verir ki, bunu İspaniyanın baş naziriPedro Sançes bildirib.
İspaniyalı hökümət başçısının sözlərinə görə, dünyada geosiyasivəziyyət pisləşib və Avropa hazırda yeni böhranla üz-üzə qalıb.
“Bizim etməli olduğumuz şey – 27 ölkədən ibarət, vahid bayraqaltında və eyni maraqlar əsasında idarə olunacaq Avropa ordusu,yəni birləşmiş silahlı qüvvələr yaratmaqdır. Yalnız bu yolla bizhəqiqi ittifaqa çevriləcək və bölgəmizdə davamlı sülhü təminedəcəyik”, - o əlavə edib.