Aprel ayında Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın üçüncü iclası keçiriləcək.
Aznews.az xəbər verir ki, bu barədə Azərbaycanın Küveytdəki səfiri Emil Kərimov məlumat verib.
Onun sözlərinə görə, aprelin 29-da baş tutacaq sessiyada Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov başçılıq edəcək.