Demokrat.az APA-ya istinadən xəbər verir ki, Azərbaycana səfər edənlərin 65.6%-i ( 113 216 nəfər) turizm, 34.4%-isə (59 358 nəfər) digər məqsədlərlə gəlib.
Cari ilin yanvar ayında turizm məqsədilə Azərbaycana səfər edənlər ümumilikdə 205 milyon 613.4 min manat xərcləyiblər.
Qeyd edək ki, hesabat dövründə ən çox pul xərcləyən turistlər Rusiya, Hindistan, Türkiyə, Birləşməmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Pakistan və Küveyt vətəndaşları olublar.