Azərbaycanlı aktyor İbrahim Çingiz xəstəxanaya yerləşdirilib.
Publika.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
“Bədənimdə zədəli olmayan yer tapsam sevinərəm. Sevirəm səni, Azərbaycan kinosu!”, - deyə yazan aktyor əlindən yaralandığını bildirib.
O, xəstəxanaya yerləşdirilmə səbəbi barədə ətraflı məlumat verməyib.