AZ

U-19 millimiz AÇ-nin əsas mərhələsinə məğlubiyyətlə başladı

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi (U-19) Avropa çempionatının əsas mərhələsində bu gün ilk oyununu keçirib.

Arena.az xəbər verir ki, İlqar Aslanovun rəhbərlik etdiyi kollektiv Bosniya və Herseqovina yığması ilə üz-üzə gəlib.

Qarşılaşma Xorvatiyanın Omiş şəhərindəki Ribnyak İdman Sarayında baş tutub. Startda həyəcanını boğa bilməyən futzalçılarımız erkən qollar buraxıblar. Sonrakı dəqiqələrdə də toparlana bilməyən komandamız məğlub olub.

7-ci qrupda yer almış U-19 millimiz növbəti matçını sabah Xorvatiya yığmasına qarşı keçirəcək. Bu oyuna Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

AÇ-2025-in əsas seçmə mərhələsi
7-ci qrup, 1-ci tur
26 mart

Bosniya və Herseqovina – Azərbaycan 10:2
Qollar: Bekir Arnaut, 0:14; 14:22; 15:04. Ammar Hodziç, 3:41; 8:19. Emir Mustafiç, 14:51. Oqnen Markoviç, 19:55; 33:53. Kenan Hrşitiç, 32:00. Kenan Azabaqiç, 36:53 – Ədalət Ələkbərov, 12:24. Bəyoğlan Vəlizadə, 33:09.
Hakimlər: Rastislav Behancin (Slovakiya), Liviu Dumitru Çita (Rumıniya), Kastriot Gerxhaliu (İsveç)
Omiş. Ribnjak İdman Sarayı.

Bosniya və Herseqovina: 1. Miyo Brziça, 3. Emir Mustafiç, 5. Bekir Arnaut, 7. Ernad Nuyanoviç, 10. Oqnen Markoviç (k), 12. Ahmed Brkanoviç, 2. İvan Zelenika, 4. Kenan Azabaqiç, 6. Ammar Hodziç, 8. Daniel Prskalo, 9. Kenan Hrşitiç, 11. Bakir Merdiç.
Baş məşqçi: Mirko Kampara.

Azərbaycan: 12. Əli Həsənzadə, 5. Rəvan Məşiyev, 7. Ədalət Ələkbərov, 9. Pünhan Qasımzadə (k), 10. Nazim Hüseynov, 1. Hüseyn Abdulov, 2. Elgün Sadıqlı, 6. Oqtay Mahmudzadə, 8. Hüseyn Cəfərzadə, 11. Bəyoğlan Vəlizadə, 13. Fariz Hüseynov, 14. Rəvan Quliyev.
Baş məşqçi: İlqar Aslanov.

Seçilən
23
7
arena.az

9Mənbələr