AZ

Azərbaycan Ermənistanı sülh sazişi bağlamaq imkanını əldən verməməyə çağırıb

Azərbaycan Ermənistanı sülh sazişinin imzalanması prosesini sürətləndirməyə çağırıb və qeyd edib ki, bu imkan sonsuz mövcud olmayacaq.

Aznews.az “Perfil”ə istinadən xəbər verir ki, bu barədə Argentinanın paytaxtı Buenos-Ayresdə səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov söyləyib.

“Ermənistanı razılaşmaya getməyə sövq edən amillərdən biri bu şansın yox ola biləcəyini dərk etməsidir. Bunu əldən vermək səhv olardı”, – Əmirbəyov bildirib.

Onun sözlərinə görə, bu ay başa çatan danışıqlar münasibətlərin normallaşması və diplomatik əlaqələrin qurulması üçün yol açır. Lakin bunun üçün, Ermənistan öz konstitusiyasını dəyişdirməli, ərazi iddialarından imtina etməli və xarici qüvvələri sərhədyanı bölgələrdən çıxarmalıdır.

“Bu razılaşma son deyil, başlanğıcdır. Sülh yalnız bəyanatlarla deyil, konkret addımlarla qurulur”, – Azərbaycan rəsmisi vurğulayıb.

“Perfil” xatırladıb ki, 2023-cü ildə Azərbaycan Qarabağ regionu üzərində tam nəzarəti geri qaytarıb, bu da sülh prosesinin başlanmasına gətirib çıxarıb. Lakin əldə edilmiş razılaşmalara baxmayaraq, ölkələr arasında gərginlik qalmaqdadır.

Seçilən
110
26
aznews.az

10Mənbələr