Rusiya Prezidenti Vladimir Putin Orenburq vilayətinin qubernatoru Denis Pasler ilə görüşdə ona başqa bir regiona – Sverdlovsk vilayətinə rəhbərlik etməyi təklif edib.
Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Artıq sizə məlumdur, administrasiyada sizinlə bu barədə danışıblar. Sizə təklif etmək və sizdən xahiş etmək istəyirəm ki, sizin üçün doğma olan, əvvəllər yüksək vəzifədə çalışdığınız yerə qayıdasınız. Siz bu regionu çox yaxşı tanıyırsınız, o, bizim üçün əsas sənaye inkişaf etmiş bölgələrdən biridir”, – Putin Paslerə müraciət edərək deyib.
“Artıq sizdən soruşmaq istəyirəm, bu təklifə necə baxırsınız?” – deyə prezident maraqlanıb.
"Bu təklif üçün sizə təşəkkür edirəm, sizin dediyiniz kimi doğma bir regiondur, – qubernator razılaşaraq cavab verib.