Yutub şirkəti hələlik Rusiya qanunvericiliyinin tələblərini yerinə yetirməyə maraq göstərmir. Halbuki bu, onun Rusiyada fəaliyyətinin bərpası üçün ilk addım olardı.
Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar naziri Maksut Şadayev bildirib.
“Roskomnadzor Yutuba-a qarşı irəli sürdüyü bir sıra iddialara malikdir. Bu, qanunvericilik normalarının yerinə yetirilməsi məsələsidir. Əgər onlar bu tələbləri yerinə yetirsələr, yerli kontentin blokdan çıxarılması üçün konkret addımlar atsalar, onda bu məsələ müzakirəyə çıxarılacaq,” – Şadayev söyləyib.
Nazirin fikrincə, Quql şirkətinə qarşı tətbiq edilən milyardlarla rubl məbləğində cərimələrə baxmayaraq, “hazırda daha vacib olan tələblər – Rusiya kanallarının blokdan çıxarılması, şirkət tərəfindən adekvat siyasətin həyata keçirilməsi, Rusiya müəlliflərinə məhdudiyyətlərin tətbiq olunmaması” məsələləridir.