AZ

Putin ən çox nədən qorxur?-Zelenski açıqladı

“Rusiya diktatoru Vladimir Putin tezliklə öləcək, onda hər şey bitəcək”.

Editor.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna prezidenti Volodimir Zelenski “Eurovision News”a müsahibəsi zamanı çıxış edib. Ukrayna prezidenti Rusiya liderinin qorxularından danışarkən deyib ki, onun ən qorxduğu şey öz ölkəsində sabitliyin pozulmasıdır: “Cəmiyyətində sabitliyin pozulması onun qorxduğu şeydir. Amma bunu heç kim edə bilməz. Buna onun özü təsir edəcək. Onun iqtisadiyyatı, sanksiyalar siyasəti də təsir edəcək. Onun bütün ərazilərinə nəzarət etməməsi və qorumaması nəticəsində müxtəlif qüvvələrin birləşməsi olacaq və bu məqam buna təsir edəcək. Əgər bizim tərəfdaşların məqsədi həqiqətən təsir göstərməkdirsə… Sadecə Putinə təzyiq imici yaratmaq deyilsə… Bəli, Putin bundan qorxur”, – deyə Zelenski vurğulayıb.

Onun fikrincə, Putinin qorxduğu daha bir şey var – gücünü itirmək.

“Bu, həm də cəmiyyətin sabitliyindən asılıdır, həm də onun yaşından asılıdır. O, tezliklə öləcək, bu, faktdır və hər şey bitəcək. Yəni, onun sualı tamamilə təhlükəsiz və uğursuz tarixi həyatını başa vurmadan bitə bilər. O, bundan qorxur. Yaxşı, tək qalmaq. Reallıq budur ki Putini siyasi baxımdan tamamilə təcrid etmək mümkün deyil”, – Ukrayna prezidenti bildirib.

//Samir Qurbanov, Editor.az

Seçilən
161
6
editor.az

4Mənbələr