AZ

Zaqataladakı asma körpüdə yol-nəqliyyat hadisəsi baş verib: Xəsarət alan var

Gecə saatlarında Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Zaqatala şəhərindən keçən Tala çayı üzərindəki asma körpüdə qeydə alınıb.

Belə ki, "Hyundai" markalı 77-XF-575 dövlət nömrə nişanlı avtomobil körpüdən keçərkən yol kənarında dayanan 62-BC-555 dövlət nömrə nişanlı VAZ-2107 markalı maşına çırpılıb.

Hadisə nəticəsində "Hyundai" markalı avtomobilin sürücüsü Vəfa Rəcəbli xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onun bloqer olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Əzizə İsmayılova

Mənbə: oxu.az

Seçilən
75
2
oxu.az

3Mənbələr