AZ

Bu ölkədə fövqəladə vəziyyət elan edildi

Boliviya hökuməti fövqəladə vəziyyət rejimi elan edib.

Publika.az xəbər verir ki, buna səbəb yağış və daşqınlar nəticəsində son aylarda 50-dən çox insanın ölməsidir.

Ölkə Prezidenti Luis Arse bu barədə bildirib:

“Təbii fəlakətlər ölkədə fövqəladə vəziyyət elan etməyə məcbur edir. Bu gün biz dəymiş zərərlə mübarizəyə cəlb olunan bütün qurumların işini sürətləndirəcək müvafiq fərmanı dərc etdik”.

Seçilən
133
5
publika.az

8Mənbələr