Türkiyədə daha bir hotel faciəsi - Ölü və yaralılar var
Türkiyənin Bursa vilayətində yerləşəşən hoteldə güclü yanğın baş verib.
aia.az "Hürriyet" nəşrinə istinadən xəbər verir ki, Uludağda baş verən yağında 1 nəfər ölüb.
Bursa Böyükşəhər Bələdiyyənin sədri Mustafa Bozbey 4 nəfərin xilas edildiyini bildirib.
Hoteldə işləyən 12 nəfərdən 9-u xilas edilib, 3 nəfər huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb.
Yanğının səbəbi müəyyən olunmayıb.

