AZ

SON DƏQİQƏ! Türkiyədə otel YANĞIN: Ölənlər var - YENİLƏNİB/VİDEO

Türkiyənin Bursa vilayətinin Uludağ rayonunda oteldə baş verən yanğın nəticəsində 2 nəfər ölüb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Ölənlərdən birinin 24 yaşlı Alp Xizək üzrə Dünya Çempionu Berkin Usta olduğu məlum olub.

Yanğında xəsarət alan 3 nəfər isə xəstəxanaya yerləşdirilib.

***09:42

Türkiyənin Bursa vilayətinin Uludağ rayonunda yerləşən oteldə yanğın baş verib.

Bizim.Media xəbər verir ki, alov sürətlə böyüyərək oteli bürüyüb, əraziyə çoxlu yanğınsöndürənlər cəlb edilib.

Bursa Böyükşəhər Bələdiyyə Başçısı Mustafa Bozbey yanğında 1 nəfərin öldüyünü, 4 nəfərin sağ qaldığını açıqlayıb. İçəridə 12 otel işçisi olub, onlardan 3-ü tüstüdən zəhərlənib və huşsuz vəziyyətdə xəstəxanaya aparılıb.

Yanğının qarşısının alınması ilə bağlı tədbirlər davam etdirilir.

Qeyd edək ki, turizm fəaliyyəti göstərməyə dair sənədi olmadığı üçün yanvar ayında hotelin bağlanılmasına qərar verilib.



Bizim.Media

Seçilən
64
1
bizim.media

3Mənbələr