Bakı. Trend:
ABŞ-da yerləşən və quyulara müdaxilə xidmətlərinin aparıcıtəchizatçısı olan CUDD Well Control Azərbaycan neft-qaz sektorundadaha fəal iştirakı hədəfləyir.
Bu barədə Trend-ə şirkətin nümayəndəsi Edilberto Kaço məlumatverib.
"Bizim marağımız bazarla bağlıdır. Biz Xəzər regionundafəaliyyət göstərmişik, lakin biznes modelimiz tələbat əsasındaxidmət göstərməyə yönəlib. Azərbaycanda və ya digər ölkələrdəfiziki olaraq iştirak etməsək də, beynəlxalq şirkətlərlə, xüsusiləbp ilə güclü əlaqələrimiz var. Onlarla qlobal xidmət müqaviləmizmövcuddur və məhz buna görə - vəziyyətlə yaxından tanış olmaq vəəlavə dəstək təklif etmək üçün- bura gəlmişik", - deyə Kaçobildirib.
O əlavə edib ki, şirkət Azərbaycan Dövlət Neft Şirkəti SOCAR iləəlaqələri gücləndirməyə də xüsusi diqqət yetirir.
"SOCAR milli neft şirkəti olduğu üçün onların tələblərinianlamaq vacibdir. Biz bu bazarda naşı deyilik, lakin getdikcəiştirakımızı daha da artırırıq", – deyə Kaço vurğulayıb.
Qeyd edək ki, “CUDD Well Control” həm quruda, həm də dənizdəkritik quyulara müdaxilə sahəsində tanınmış liderdir. Şirkət,sənaye pionerlərinin təcrübəsinə əsaslanan dərin biliklər,innovativ texnologiyalar və yüksək səviyyəli hazırlıqlatəkmilləşdirilmiş xidmətlər təqdim edir.