AZ

Metroda dəhşət: Ana körpəsi ilə relslərin üzərinə yıxıldı - VİDEO

Moskva metrosunda ana və balaca uşağı relslərin üzərinə yıxılıb. Bununla bağlı sosial şəbəkələrdə görünütülər yayılıb.

Qeyd edilir ki, nə qadın, nə də uşaq xəsarət almayıb. Rusiya paytaxtının prokurorluğunun mətbuat xidməti məlumatı təsdiqləyib.


Bildirilib ki, hadisə metronun Kolomenskaya stansiyasında baş verib. Kadrlarda qucağında uşaq tutan qadının platformanın kənarına yaxınlaşdığı görünür. Qadın qadağan olunmuş əraziyə leçib, xətti tapdadıqdan bir neçə saniyə sonra uşağı ilə birlikdə relslərə yıxılıb.


"Heç kim xəsarət almayıb. Şahidlər qadın və uşağa platformaya qalxmağa kömək ediblər", - qurumun məlumatında qeyd edilib.


Tural

Seçilən
111
news365.az

1Mənbələr