AZ

Cəlilabadda qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - Yenilənib

Bu gün saat 12:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub...

Bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, 1953-cü il təvəllüdlü şəxsə sağ döş qəfəsinin küt travması, sağ diz oynağının sınıqları və çıxıqlar, sağ saidin və əlin arxa səthinin cırılmış yaraları, 1998-ci il təvəllüdlü şəxsə sol bazunun küt travması, sıyrılmış yaraları diaqnozu təyin edilib, hazırda hər iki şəxsin vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir.

"1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə açıqlamada bildirilib.

***

Cəlilabad rayonunda iki minik avtomobili toqquşub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Qəza zamanı "BMW" markalı minik avtomobili ilə "VAZ 21011" markalı minik avtomobili toqquşub. İlkin məlumata görə, qəza nəticəsində bir nəfər ölüb və bir nəfər xəsarət alıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Seçilən
107
6
poliqon.info

6Mənbələr