AZ

AFFA “Ağdaş”, “Kür-Araz” və “Füzuli”ni cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 18-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul olunub.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

“Ağdaş” – “Şəki Siti” oyununda “Ağdaş”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib. Oyunun 90+3-cü dəqiqəsində “Ağdaş”ın futbolçusu Ülvi Sarıyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Ağdaş” buna görə 50 manat cərimə də ödəyəcək. Oyun bitdikdən sonra “Ağdaş”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə sözügedən komanda daha 80 manat cərimə edilib.

“Şəfa” – “Şəmkir” oyununda “Şəmkir”də 4 nəfər sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şəfa” komandası 80 manat cərimə edilib.

“Kür-Araz” – “Füzuli” oyununda “Kür-Araz” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə sözügedən komanda 100 manat cərimə edilib. “Kür-Araz”ın 6 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib. “Füzuli” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün bu komanda 70 manat cərimə edilib. “Füzuli”nin adı matçın protokolunda olmayan rəsmi şəxsi Vasif İsmayılov texniki zonada olduğu üçün komandası 80 manat cərimə edilib.

Seçilən
158
4
arena.az

4Mənbələr