Cənubi Qafqazda nəqliyyat kommunikasiyaları ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən razılaşdırılmış məsələdə İrəvanın rəsmi mövqeyi dəyişibsə, bu, ölkənin suveren hüququ olaraq qalır, lakin Ermənistan bu barədə müvafiq səviyyədə rəsmi bəyanat versəydi, daha düzgün olardı.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfi əmindir ki, qeyd olunan formatda hərtərəfli qarşılıqlı əlaqənin tezliklə bərpası təkcə Cənubi Qafqazın nəqliyyat-logistika sisteminin modernləşdirilməsinə və onun Avropa ilə Asiya arasında irimiqyaslı yük daşımalarına inteqrasiyasına kömək etməyəcək, həm də Ermənistanın və bütün regionun sosial-iqtisadi inkişafının mühüm amili olacaq.
M.Zaxarova həmçinin xatırladıb ki, üç ölkənin liderləri arasında əldə edilmiş razılaşmaların tam şəkildə həyata keçirilməsinə Qərb ölkələrinin destruktiv təsiri mane olur: