Aktual.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak hökumətdən ona təqdim edilmiş sənəd layihəsinə istinadən deyib.
"Söhbət bütün faydalı qazıntılardan gedir. Həm neft, həm də qaz var. Ukrayna boyunca, həm yeni, həm də mövcud olanlardan", - o bildirib.
Onun sözlərinə görə, saziş müddətsiz olacaq və ABŞ-dan Ukrayna üçün hər hansı təhlükəsizlik zəmanətini nəzərdə tutmur:
"Sənədin dəyişdirilməsi və ya onun etibarlılığının dayandırılması yalnız Vaşinqtonun icazəsi ilə mümkündür".
Qeyd edək ki, Ukraynada nadir torpaq metallarının çıxarılmasına dair sazişin imzalanması fevralın sonunda pozulub.