Yasamal rayonu Yeni Yasamal yaşayış massivində bədbəxt hadisə baş verib.
Viral.az xəbər verir ki, park halında olan avtomobil sürücünün diqqətsizliyindən dərəyə yuvarlanıb.
Bu barədə teleaparıcı Orxan Sübhan sosial şəbəkə hesabında paylaşım edib.
Son Yazılar:
- Bakıda avtomobil dərəyə yuvarlandı – FOTO
- Fazil Talıbova ağır itki üz verdi
- Ermənistanın mövqeyi bizdə suallar doğurur
O bildirib ki, arxaya doğru hərəkət edən minik avtomobili oradakı metal hasarı aşıraraq tikinti sahəsi üçün nəzərdə tutulmuş dərəyə düşüb. Nəticədə sürücü ağır xəsarətlər alıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.