AZ

Zelenskiyə etimad səviyyəsi artıb

Ukrayna Prezidenti Volodimir Zelenskiyə etimad səviyyəsi 2025-ci ilin əvvəlində ABŞ siyasətindəki dəyişiklik səbəbindən əhəmiyyətli dərəcədə artıb.

Tribunainfo.az “RBK Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi sorğuda bildirilib.

Belə ki, sorğunun nəticələrinə əsasən, 2025-ci il martın ikinci yarısına olan məlumata görə, ukraynalıların 69 faizi Zelenskiyə inanır, 28 faizi ona inanmır.

Fevralın 14-dən martın 4-dək olan müddətdə respondentlərin 67 faizi prezidentə etimad göstərib, 28 faiz isə etimad göstərməyib.

Bu sorğular martın 12-dən 22-dək 1326 respondenti əhatə edib.

Seçilən
12
12
tribunainfo.az

10Mənbələr