Misirdə göyərtəsində 44 nəfər olan turist gəmisi batıb.
Axar.az xəbər verir ki, Qırmızı dəniz sahilində batmış "Sindbad" turist gəmisindən 29 nəfər xilas edilib, azı 6 nəfər ölüb, 9 nəfər yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım göndərilib.
Hadisənin səbəbi hələlik açıqlanmayıb.