AZ

Bakıda maşın bina tikintisi üçün qazılan xəndəyə düşüb, xəsarət alan var

Bakının Yeni Yasamal yaşayış massivində minik avtomobili yaşayış binasının inşası üçün qazılan xəndəyə düşüb.

Bu barədəYeni Yasamal, Dadaş Bünyadzadə küçəsi 5A ünvanında yaşayan sakinlər məlumat verib.

Onların sözlərinə görə, hadisə martın 27-də günorta saatlarında baş verib:

“Sürücü maşını arxaya verəndə xəndəyin kənarlarında quraşdırılan dəmir torları görmədiyi üçün aşıb. Hadisə nəticəsində sürücü xəsarət alıb. Qəza yerinə gələn təcili tibbi yardım briqadasının həkimləri yaralıya ilkin müdaxilə ediblər”.

Seçilən
121
11
aznews.az

10Mənbələr