AZ

Sərnişin avtobusu ilə minik maşını toqquşub, xəsarət alanlar var

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

Azreform.info APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Hərəkətdə olan 1 saylı xətt üzrə işləyən "Hyundai" markalı sərnişin avtobusu ilə "Toyota" markalı minik maşını toqquşub. Qəza zamanı minik maşınında olanlar, 1983-cü il təvəllüdlü T.Orucova və 1978-ci il təvəllüdlü Z.Bayramova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
167
50
azreform.info

10Mənbələr